Dərc edildi: Baxış sayı: 672
Şah İsmayıl Xətai - Badi-sübh əz suyi-məşriq afitab almış gəlür
Badi-sübh ǝz suyi-mǝşriq afitab almış gǝlür,
Ğaliba yarın cǝmalından niqab almış gǝlür.
Aşiqi-dilxǝstǝdǝn dǝf süda etmǝk dilǝr,
Sünbülündǝn dilbǝrin buyi-gülab almış gǝlür.
Gözlǝrin dövründǝ mǝst oldu lǝbin çahin görüb,
Zahidi meyxanǝdǝn gördüm şǝrab almış gǝlür.
Sufiyi-biçarǝ hǝm halın görüb ol zahidin,
Söhbǝtin gǝrm etmǝyǝ çǝngü rübab almış gǝlür.
Hǝr kişi almış gǝlür, anın ğǝmindǝn bir nǝsib,
Bu Xǝtai çeşmi-pürxun, dil kǝbab almuş gǝlür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət