Dərc edildi: Baxış sayı: 964
Şah İsmayıl Xətai - Ah kim, sən getdin, ey ay yüzlü, can qaldı mana
Ah kim, sǝn getdin, ey ay yüzlü, can qaldı mana,
Can sǝninlǝ getdi cismi-natǝvan qaldı mana.
Taki sǝn getdin yanımdan ey dilaramım mǝnim,
Halǝti-vǝslin könüldǝ pasiban qaldı mana.
Gǝrçi gülzari-cǝmalın getdi qarşımdan mǝnim,
Dildǝ mehri-qamǝtin sǝrvi-rǝvan qaldı mana.
Gǝr nihan oldu gözümdǝn ol pǝri-peykǝr sǝnǝm,
Göydǝ mah anun yüzündǝn bir nişan qaldı mana.
Taki sǝndǝn ayrı düşdi bu Xǝtai xǝstǝdil,
Buyi-muyin müşk ilǝ ǝnbǝrfişan qaldı mana.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət