Slimfit
  1. TARİX

Şah Abbas və ermənilərin köçürülməsi

Şah Abbas və ermənilərin köçürülməsi
Sakura

Halbuki, onlar heç vaxt Qafqazda yaşamamışdılar.

 Ermənilərin İrana köçürülməsi və ya "sürgünü"nü nəzərdə tutan ermənilərin kütləvi şəkildə köçürülməsi ilə bağlı mif,  17-ci əsrdə Səfəvilər hökümdarı Şah Abbasın dövründə baş vermişdir.

 O zamanlar Osmanlı İmperiyası ilə Azərbaycan Səfəvi İmperiyası arasında qanlı müharibələr gedirdi,  1604-1605-ci illərdə.  Səfəvi şahı Şah Abbas əvvəllər Osmanlı imperiyasına mənsub olan Kiçik Asiyada İranla həmsərhəd olan geniş əraziləri ələ keçirir və qonşu ölkələrlə sənətkarlıq və ticarətin qaydaya salınması üçün  bu ərazilərdə ermənilərin də  məskunlaşmasına qərar verir.

 Erməni tacirləri və sənətkarları əsasən Osmanlı İmperiyası ilə həmsərhəd olan,  (indiki Cənubi Azərbaycan və İranın qərb vilayətləri), Avropa, Hindistan, Rusiya və Orta Asiyadan  keçən ticarət yollarının kəsişdiyi bölgələrə köçürülmüşdür.

 Erməni mənbələri təxminən 400-600 min nəfərdən danışaraq İranda məskunlaşmış ermənilərin sayı barədə fantastik rəqəmlər göstərir.  Fakt budur ki, 17-ci əsrdə Cənubi Qafqazın bütün əhalisi, təxminən hesablamalara görə, 1 milyona yaxın insan idi, onların içərisində  ermənilər  heç 7-8% -dən çox deyildi, bununla əlaqədar İrana köçürülmüş ermənilərin sayına dair rəqəmlər  hədsiz şişirdilmiş və uydurmadır.

 Halbuki İran arxiv sənədlərinə əsasən tarixçi Nəsrullah Fəlsəfi qeyd edir:

 "Ümumilikdə Şah Abbas köçürülənlərin etnik mənsubiyyətini göstərmədən Naxçıvandan, Culfa və İrəvandan 12 min ailənin İrana köçürülməsini əmr edib. Yəni bu 12 min ailə arasında təkcə ermənilər deyil, digər xalqlar da var idi."

 Rəqəmlərdən göründüyü kimi, İrana (əsasən Cənubi Azərbaycana) köçürülən ermənilərin sayı erməni tərəfinin göstərdiklərindən bir neçə dəfə az idi.  Fakt budur ki, rəqəmləri şişirdirən erməni tarixçiləri, Qafqazın Rusiya İmperatorluğu tərəfindən fəth edilməsi ilə  17-ci əsrdə İrana köçürülmüş bir neçə min erməninin  200 il sonra  buraya 300 minə yaxın "qayıtdıqlarını" izah etməyə çalışırlar.

 Eyni zamanda, ermənilər yalnız Irana köçürülmüşdü,  lakin Qafqaza  yalnızca İrana köçürülən  ermənilər deyil, Osmanlı Imperiyasından  bundan sayca qat-qat çox olan, təxminən 700.000- 800.000 erməni "qayıtdı" .  Halbuki, onlar heçvaxt Qafqazda  yaşamamışdılar.

 "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bölgənin yerli sakinlərinə aid deyil və bizim tərəfimizdən bu bölgədə  məskunlaşdırılmışdır" N.N.Şavrov "Zaqafqaziyadakı Rusiya işi üçün yeni  təhlükə: Muğanın  yaxın gələcəkdə xaricilərə  satılması".  Sankt-Peterburq, 1911.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR