Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sağlamlıq və emosiyalar

Sağlamlıq və emosiyalar
Sakura

Sağlamlıq və emosiyalar

Bizim hər bir emosiyamız beynin müəyyən sistemini fəallaşdırır, hərəkəti dəyişməyə, yeni vəziyyətə uyğunlaşmağa yönəldir. Məsələn, qorxu hissi bizdə “qaçmaq” fikrini oyadır: qanda adrenalin ayrılır, ürək əzələsinin, tənəffüs sisteminin işi güclənir, arterial təzyiq yüksəlir, nəbzin vurması sürətlənir, maddələr mübadiləsi orqanlarının işi zəifləyir.

AZƏRTAC Rusiyanın tibb sahəsində ixtisaslaşmış KİV-lərinə istinadla xəbər verir ki, Çarlz Darvin təkamül müstəvisində emosiyaları səciyyələndirərkən onların instinkt davranış formaları ilə əlaqəsindən danışıb. Bizim bədənimiz istənilən emosiyaya cavab verir. Deməli, daxilən keçirdiyimiz halların səhhətimizə müsbət və ya mənfi təsirində təəccüblü heç nə yoxdur.

Emosiyaları boğmaq sağlamlığa təsir edə bilər. İnsanın öz emosiyasını boğması böyük qüvvə sərf edərək iri topu su altında saxlamağa bənzəyir. Biz emosiyalarımızı gizlətmək məqsədilə həddən ziyadə səy göstəririk, buna baxmayaraq emosiyalar “azadlığa” buraxılır, özü də müxtəlif xəstəliklərin əhatəsində.

Bizim bədənimiz yaxınlaşan təhlükə barədə daim siqnal verir. Məsələn, kürəyinizdə, sinənizdə ağrılar, başağrısı yaranıbsa, iştahanız pozulubsa, sizdə qəbzlik, ishal yaranıbsa, təngnəfəslik, ağızda quruluq hiss olunursa, yuxu pozulubsa, deməli psixi sağlamlığa və emosiyalara diqqət yetirməyin vaxtı çatıbdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR