Dərc edildi: Baxış sayı: 561
Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı
Ağdaşda ötən gün aşkar edilən qanunsuz limonad sexində istehsal edilən içkilərin adları açıqlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, içkilərin etiketində bu barədə heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilən sexdə istehsal olunan limonadların adları məlum olub.
Sözügedən içkilər “Bünaytur”, “Tala”, “Lavizna” əmtəə nişanlı qazlaşdırılmış alkoqolsuz limonadlardır.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət