Slimfit
  1. CƏMİYYƏT

Sağlam ətraf mühit üçün birgə çalışmalıyıq

Sağlam ətraf mühit üçün birgə çalışmalıyıq
Sakura

Sağlam ətraf mühit üçün birgə çalışmalıyıq

Dünya üzrə plastik butulkaların sayı kritik dərəcəyə çatıb, bu o deməkdir ki, biz hamımız seçimlərimizə diqqət etməliyik.

Plastik butulkaların istifadəsindən çəkinmək üçün isə ciddi səbəblər var. Oxucularımıza onları təqdim edirik: 

Qida və içkiləri qablaşdırmasının hazırlanması üçün yalnız 20% təkrar emal olunmuş plastik yararlıdır, qalan 80% isə xam plastik olmalıdır. Buna görə də, plastik qablaşdırmalar ətraf-mühiti çirkləndirməyə davam edir. Bir plastik butulkanın təbiətə qarışması üçün tələb olunan vaxt 400 ildir.

Plastikdən istifadə təkcə eko-sistem üçün təhlükə deyil, o həm də içində saxladığı içki və ya qidanın tərkibinə qarışır və mikroplastiklər halında orqanizmimizə daxil olaraq bizi zəhərləyir. Çünki, mikroplastiklərə xərçəngə və digər xəstəliklərə səbəb olan toksik maddələr hopur. Nyu-York Dövlət Universitetinin 11 müxtəlif brend üzrə 250 ədəd plastik butulka üzərində apardığı araşdırmada orta hesabla hər litr suda 314 ədəd mikroplastik aşkarlanıb. Dr. Rayt (Wright) deyir ki, mikroplastiklər immun hüceyrələrində qala, daha sonra qana keçə və ciyərlərdə toplana bilər.

Çıxış yolu isə düşündüyümüzdən də sadədir. Sadəcə, plastik materialların və qablaşdırmların istifadəsindən imtina edirsiniz və təbiətin dostu hesab edilən alüminium qablaşdırmalara üstünlük verməyə başlayırsınız.

Alüminium plastikən fərqli olaraq 100%-lik göstəricidə yenidən emal oluna bilir. O xüsusən içkilərin qablaşdırması kimi istifadə olunarkən məhsulu 100% gün işığından qoruyur, onun oksigenlə təmasının qarşısın alır və onu xarici təsirlərdən tamamilə qoruyur. Alüminium tez soyudula bildiyi üçün, həmin qablaşdırmada olan içkini də mağazadan aldıqdan sonra tezliklə yenidən sərinlədə bilirsiniz. 

Aluminum qablaşdırmaya təbiəti qorumağın vacibliyini əsas tutan bir çox xarici şirkətlər önəm verir. Bunlara misal olaraq HELL energy-ni misal göstərmək olar. HELL ENERGY-nin Azərbaycan nümayəndəsi bildirib ki, onlar yaxın 5 ildə alüminium qablaşdırma həcmini 99%-ə çatıdrmağı düşünürlər: 

“Biz daima istehsalatımız prosesində ətraf mühitin sağlamlığına zərər verməməyə çalışırıq. Məhsullarımızın qablaşdırılması məsələsində yenidən emal olunan alüminiuma üstünlük veririk. Hətta bu məqsədlə HELL ENERGY 2017-ci ildə istifadəyə verdiyi, sahəsi 42 min kvadrat metr olan zavodda sırf alüminium qablaşdırma istehsal edir. Dünya standartlarına uyğun həmin zavodun illik istehsal həcmi 1,5 milyard ədəd qablaşdırmadır”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR