Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Şagirdlərin tətil günləri açıqlandı

Şagirdlərin tətil günləri açıqlandı
Sakura

Şagirdlərin tətil günləri açıqlandı

Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün məktəb tətili günlərini açıqlayıb.

Təhsil Naziliyindən Oxu.Az-a verilən məlumata görə, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edəcək.

Dərs ili ərzində beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) olacaq.

Məktəbəhazırlıq qruplarında dərs ili oktyabrın 1-də başlayacaq. Məktəbəhazırlıq qrupları üçün dərs ilinin I yarımili 1 oktyabr-26 yanvar, II yarımili 1 fevral-31 mayı əhatə edəcək.

Dərs ili beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), beş gün əlavə tətil (1-5 may) olacaq.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR