Slimfit
  1. CƏMİYYƏT

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti bərpa olundu

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti bərpa olundu
Sakura

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti bərpa olundu

Azərbaycanda şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidmətinin göstərilməsi bərpa olunub.

Bu barədə  "Mobile Solutions & Marketing Technologies" şirkətindən  məlumat veriblər.

Şirkətdən bildirilib ki, məktəblərin elektron jurnalları tədricən sistemə inteqrasiya olunur və abunəçi valideynlərə göstərilən "e-gündəlik" xidməti aktiv edilir. 

"Müraciət edən valideynlərin məlumatları qeyd edilir və məktəblərin jurnalları hazır olan kimi, qeyd olunan mobil nömrələr "e-gündəlik" xidmətinə qoşulacaq", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, xidmət yay tətili ilə əlaqədar olaraq yeni tədris ilinə qədər müvəqqəti olaraq aktiv deyildi. Hazırda qeyd olunan xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub. Bu xidmətə ölkənin bütün mobil rabitə operatorlarından (“Bakcell”, “Azercell” və “Nar”) qoşulmaq olar. Xidməti aktiv etmək üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinfin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Xidmətin aylıq abunə haqqı 4,72 manat təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR