Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Şagirdlər üçün 100 imtahan azaldılır

Şagirdlər üçün 100 imtahan azaldılır
Sakura

Şagirdlər üçün 100 imtahan azaldılır

Lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsində dəyişiklik olacaq.

Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məlumat verib. 

O bildirib ki, BSQ-lərə düşən fənlərin sayı 1 də ola bilər, 3 də: “Beynəlxalq akkreditasiyadan keçmiş proqramların tətbiq edildiyi ümumtəhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə veriləcək”.

Bu qaydaların tətbiqindən sonra şagirdlərin yükü xeyli azalaraq ibtidai siniflərdə imtahanların sayı 288-dən 188-ə düşür. Birinci sinif şagirdləri imtahan vermir.

Artıq imtahanların keçirilməsində də konkret rəqəmlər müəyyənləşib. KSM minimum 3, maksimum 6 dəfə keçirilə bilər. Bu da şagirdə qiymətini düzəltməyə imkan yaradır. 

Yeni qaydalar yeni ildən qüvvədədir və cari tədris ilinin ll yarımilindən tətbiq olunur.

***

Şöbə müdiri onu da qeyd edib ki, imtahanlarda nəzərdə tutulan sualların  səviyyəsinin də təhsil müəssisələrinə görə müəyyənləşdirilməsi də nəzərdə tutulub:

“Bəzən deyilir ki, bütün məktəblər üzrə suallar eyni olmalıdır. Ancaq kənd məktəbində oxuyan şagirdlərlə, təmayüllü lisey şagirdlərinin təhsil səviyyəsi eyni deyil. Statistik nəticələrə görə, hətta valideynləri ali təhsil almış şagirdlərin belə nəticələrində müəyyən fərqlər olur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR