“Şagird-məzun” sistemi “Elektron hökumət” portalına qoşulub
“Şagird-məzun” dövlət elektron məlumat sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na daxil edilib.
Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edilib.
“Şagird-məzun” dövlət elektron məlumat sistemi Dövlət İmtahan Mərkəzinin (DİM) yaratdığı informasiya sistemidir. İniyədək DİM-in yalnız Dövlət Qulluqçuları Reyestri həmin siyahıya daxil edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət