Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Şagird hansı hallarda cəzalandırıla bilər?

Şagird hansı hallarda cəzalandırıla bilər?
Sakura

Şagird hansı hallarda cəzalandırıla bilər?

Milli Məclisin 2015-ci il dekabrın 4-də keçirilən plenar iclasında dərsə gəlməyən şagirdlərin valideynlərinin cərimələnməsi ilə bağlı “İnzibati Xətalar Məcəlləsi”nə əlavə edilib.  51.1-1 maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq olunur. Ancaq qərardan 4 ay sonra - 2016-cı il 16 aprel tarixində İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndində əksini tapan bu maddə ləğv edilib.

Beləliklə, şagirdlərin dərsə davamiyyətini artırmaq üçün atılan bu addım uğursuzluqla nəticələnib. Bəs qanunla məktəbdə təhsil alan şagirdlər hansı hallarda sinifdə qala və ya məktəbdən qovula bilər?

Tə0hsil eksperti Elşən Qafarov “Cümhuriyət”ə açıqlamasında bildirib ki, nəzərdə tutulan cərimənin tətbiq edilməs, şagirddən dərsə gəlməməyə görə  cərimə alınması mümkün deyildi, buna görə də maddə ləğv edildi:

“Şagirdlərin sinifdən-sinfə keçmə qaydaları Təhsil Nazirliyinin 1 may 2014-cü il, 522 nömrəli əmri ilə tənzimlənir. Beləliklə, I-IV siniflərdə şagirdlərin sinifdə qalmasına yol verilmir. Bu o zaman baş verir ki, ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlər 4 ay ardıcıl olaraq xəstəlik və ya hər hansısa səbəbdən dərsə gəlməmiş olsunlar.
Əgər şagird 4 ay ardıcıl dərsə gəlmirsə, məktəb direktoru əmr verib onu müvəqqəti şagirdlərin siyahısından çıxartmalıdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 6 noyabr 2014-cü il qərarında göstərilib ki, şagird həmin dərs ilinin sonunda gəlib, proqramlara cavab verərsə, sinifdə qala bilər, verməzsə, sinifdən-sinfə keçə bilməz. Həmçinin şagird 1 il sonra gələrsə, o sinifdə qalır, 2 il sonra gələrsə, fərdi təhsilə yönləndirilir.

Həmçinin buraxılış sinifləri olan, IX və XI sinif şagirdlərinin də sinifdə qalmasına yol verilmir. VI, VII, VIII, X siniflərdə isə xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, sağlamlıq vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçirilməsinə təsir etmir”.

Təhsil eksperti qeyd edib ki, məktəbdəki fənlər 3 qrupa bölünür:

“Bilikyönümlü qrupda - Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya və bu kimi fənlər, bacarıqyönümlü qrupda - texnologiya, təsviri incəsənət, musiqi, informatika, xarici dil, 3-cü qrupda isə fiziki sağlamlıq tələb edən dərslər - fiziki tərbiyə, gənclərin çağırışa qədər hazırlıq dərsi yer alır.

Beləliklə, şagirdlərin sinifdə qalmaları ancaq bilikyönümlü fənlər səbəbindən ola bilər. Bu fənlərdən 4 və ya daha artıq qeyri-müvəffəq və ya qiymətləndirilməyən şagirdlər sinifdə qalırlar və yuxarı sinfə keçirilə bilmirlər. Şagird 1, 2, 3 fənndən 2 alarsa, o zaman ona yay tapşırığı verilir. Daha sonra dərslər başlamamış onlardan müsahibə, imtahan formasında dərslər götürülür. Onlar bunu verə bilirsə, növbəti sinfə keçir, vermirsə, sinifdə qalır”.

E.Qafarov həmçinin bildirib ki, Konstitusiyanın 42-ci maddəsində göstərilib ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir:

“Həmin qanunun müvafiq maddəsində isə göstərilir ki, heç kim təhsil almaq hüququndan məhrum edilə bilməz. Beləliklə, şagirdlərin məktəbdən qovulması mümkün deyil”.

Ekspert həmçinin I sinfə qəbul qaydalarından da söz açıb:

“Sentyabrın 15-nə kimi 6 yaşı tamam olmuş şəxslər I sinfə qəbul edilir. Cənab Prezidentin 12 iyun sərəncamı ilə olan dəyişikliyə görə isə sentyabrın 15-dən dekabr ayının 31-nə qədər 6 yaşı olacaq şəxslər, valideynlərinin istəyi ilə məktəbə qəbul edilə bilərlər. Həmçinin I sinfə qəbulda 8 yaşı tamam olmamış şəxslər iştirak edə bilər. 8 yaşı olmuş şəxslər fərdi təhsilə cəlb olunurlar”.

 

 

Mənbə: Cəbhə.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR