Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sağaldıcı xüsusiyyətə malik beş ot

Sağaldıcı xüsusiyyətə malik beş ot
Sakura

Sağaldıcı xüsusiyyətə malik beş ot

İylər hansı problemlərin qarşısını ala bilər?

Hələ qədim zamanlardan insanlar müxtəlif xəstəliklərin müalicəsində efir yağlarından istifadə edirdilər.

Tibb.fins.az xarici tibb saytlarına istinadla xəbər verir ki, günümüzdə alimlər də bu yağların sağaldıcı xüsusiyyətlərini elmi sübutlarla təsdiqləyirlər.

Adaçayı

Adaçayının faydaları hələ antik dövrlərdən insanlara məlum olub. O zamanlar adaçayının istifadəsi Aralıq dənizi sahilləri və Mərkəzi Asiyada daha geniş yayılmışdı. Belə ki, bu bitki antiseptik xüsusiyyətləri ilə spazmaların aradan qaldırılmasında istifadə edilib və bitkinin müalicəvi xüsusiyyətləri 2013-cü ildə aparılan tədqiqatlarda təsdiq olunub.

Bu bitkinin qoxusu və ondan hazırlanmış çay qadınlara xas qarın ağrıları zamanı kömək edir. Bununla yanaşı adaçayı stressi aradan qaldırır, hafizəni möhkəmləndirir.

Alimlərin fikrincə bu ot orqanizmi təmizləməklə yanaşı, qocalmağa və xərçəngə səbəb olan qeyri sabit molekul-sərbəst radikalların inkişafının qarşısını alan güclü antioksidantdır. Lakin onu da unutmaq olmaz ki, bəzən bir nahiyəyə faydalı olan digər hissəyə zərər verə bilər. Başqa sözlə desək hər bir şey qədərində daha gözəldir.

Digər aromatik yağlar kimi adaçayının da müəyyən istifadə qaydaları var. Onu gündə 15-60 dəqiqədən artıq olmamaq şərti ilə qəbul etmək olar. Əks halda bu ot əks təsir göstərə bilər. Bununla yanaşı həkimlər adaçayı qoxusunu hamilələrə məsləhət görmürlər. Belə ki, bu iy ana südünün çəkilməsinə səbəb ola bilər.

Nanə

Nanəni hələ qədim Misirdə istifadə etməyə başlamışdılar. Belə ki, burada efir yağlarının istehsalı yüksək səviyyədə idi. Onu da qeyd etmək lazımdır ki, nanə yarpaqları hələ eramızdan əvvəl 1000-ci ildə tikilmiş piramidalarda tapılıb.

Bu gün aparılan çoxsaylı tədqiqatlar sübut edir ki, nanə yağı bağırsağın qıcıqlanma sindromu zamanı yaranan ağrıları aradan qaldırır, mədə-bağırsaq pozuntularının və vərəm iltihabının qarşısını alır. 90 qram nanə cövhəri və 50 qram zirə yağının qarışımının mütəmadi istifadəsi funksional depressiyadan əziyyət çəkən pasiyentlərə müsbət təsir göstərib. Bundan əlavə Boston Universitetində aparılan bəzi tədqiqatlara görə nanə cövhəri yaddaşı möhkəmləndirir.

Portağal

Portağal və ondan hazırlanmış yağ sterssə dayanıqlılığı artırır. Bu səbəbdən masaj zamanı portağal yağından istifadə edilir. Bitkinin tərkibində olan linalool maddəsi isə gərginliyi aradan qaldırır, əsəb və ürək-damar sistemlərini sakitləşdirir. Bəzən sitrus bitkilərinin iyləri baş ağrılarının aradan qaldırılmasında da istifadə olunur.

Portağal essensiyası hətta ağır bağırsaq xəstəliyi olan salmonellyozun fəsadlarının aradan qaldırılmasına da kömək edə bilər. Portağal yağı bakteriyaların inkişafının qarşısını alır və əla antiseptikdir. Bu bitkinin çatışmayan yeganə cəhəti güclü allergen olmasıdır. Mütəxəssislər hər ehtimala qarşı istifadə zamanı portağal yağını digər maddələrlə qarışdırmağı məsləhət görürlər.

Darçın

Darçın fikrini toplamaqda çətinlik çəkənlərin köməyinə gələ bilər. Xüsusilə sürücülərin bu bitkidən istifadə etməsi məsləhətdir. Belə ki, darçın iyi sakitləşdirici effekti ilə yanaşı fikri cəmləməyə da kömək edir. Alimlər aparılan tədqiqatların əsasında bildiriblər ki, darçın iyi reaksiya cəldliyinə və motor qabiliyyətlərinin yaxşılaşmasına müsbət təsir göstərir. Tədqiqatçıların fikrincə bu müşahidələr gələcəkdə Alsheymer xəstəliyinin inkişafının qarşısını almağa kömək edə bilər.

Bundan əlavə darçının antibakterial və iltihab əleyhinə xüsusiyyətləri də var. Misal üçün, bu bitkinin iyi soyuqdəymə və buna səbəb olan baş ağrısının simptomlarını aradan qaldıra bilər.

Lavanda

Lavandanın narahatlığı, yuxusuzluğu və depressiyanı aradan qaldırdığını hər kəs bilir. Lakin çox az insan bu bitkinin saç uzadan xüsusiyyətlərindən xəbərdardır. Alimlər bildirirlər ki, hətta alapesiyanın bəzi növlərində belə bu bitki kömək edə bilər. Bəzi hallarda isə lavandanı ağrıkəsici, yara sağaldıcı kimi də istifadə etmək mümkündür. Misal üçün, bu bitkinin yağını yodla qarışdırıb yaraya sürtdükdə həmin nahiyənin daha tez sağalmasına kömək etmək ola.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR