Sağ əlinizi 90 saniyə sıxıb saxlayın, görün nələr olur?
Bu məlumatlar çox işinizə yarayacaq. Sağ əlinizi sıxın və baxın, beyniniz necə hərəkətə keçir. Ekspertlərin bu xəbərdarlığı sizi çox təəccübləndirəcək. Amerikalı psixoloqlar, sağ yumruğun 90 saniyə müddətlə sıxılmasının yaddaş prosesinə yardımçı olduğunu, eyni prosesin sol əldə edilməsinin isə yaddaşı asanlaşdırdığını açıqlayıb.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, tədqiqatçılar yumruq sıxmağın beyində yaddaş ilə bağlı bəzi xüsusi bölgələri hərəkətə keçirdiyinə inanır.
50 yaşlı insan ilə aparılan təcrübədə, insanların bu yolla uzun bir kəlmə siyahısını xatırlamağa çalışarkən, daha yaxşı çıxış nümayiş etdirdiyi müəyyənləşdirilib.
Nyu-Cersidəki Montkler Universitetindən Ruth Proppera görə, bu araşdırma, bəzi sadə bədən hərəkətlərinin beyinin fəaliyyətini müvəqqəti olaraq dəyişdirib yaddaşı inkişaf etdirəcəyini göstərib.
Propper açıqlamasında deyib ki, bir şey öyrənmədən dərhal əvvəl sağ əlin, xatırlamağa çalışarkən də sol yumruğun sıxılması yaddaşı inkişaf etdirir.
Daha əvvəlki araşdırmalarda, sağ əlin sıxılması ilə beynin sol yarısının, sol əlin sıxılması ilə də sağ yarısının hərəkətə keçdiyi müşahidə edilmişdi.
Sağ yumruğun xoşbəxtlik və qəzəb ilə, sol yumruğun isə kədər və narahatlıq ilə əlaqəsinə diqqət çəkilmişdi.
Hafizə ilə bağlı proseslərdə beynin iki yarısının da istifadə edildiyi, sol yarısının yaddaş qeydində, sağ yarısının isə xatırlamada təsirli olduğu düşünülür.
Təcrübə belədir:
– Sağ əlindən istifadə edən 50 tələbəyə əzbərləmələri üçün kəlmə siyahısı verilib.
– Tələbələr beş qrupa ayrılıb.
– Birinci qrup əzbərə başlamazdan əvvəl 90 saniyə sağ yumruğunu, sözləri yada salmadan əvvəl də 90 saniyə sol yumruğunu sıxıb.
– İkinci qrup isə eyni təcrübəni sol yumruğunu sıxaraq edib.
– Digər iki qrup isə əzbərdən əvvəl istədikləri yumruqlarını, xatırlamazdan əvvəl də digər yumruqlarını sıxıb.
– Son dəstədəkilər isə yumruq sıxmayıb.
– Siyahıdakı sözləri əzbərləməzdən əvvəl sağ yumruğunu, xatırlamazdan əvvəl də sol yumruğunu sıxan qrupun çıxışının digər qruplardan daha yaxşı olduğu müşahidə edilib.
– Bu qrup, heç bir yumruğunu sıxmayan qrupdan da daha yaxşı çıxış nümayiş etdirib, ancaq aradakı fərqin statistika baxımından dəyərli olmadığı bildirilir.
– Keçiriləcək yeni araşdırmalarla yumruq sıxmanın şifahi və ya fəza, sözlərin yanaşı, rəsm və yerlərin də xatırlanması ilə bağlı digər zehni funksiyaları də təsir göstərib -göstərmədiyi araşdırılacaq.
Ancaq araşdırma nəticələrini qəti bir dillə ifadə etmək üçün daha çox məsələ üzərində daha çox iş aparılması lazım gəldiyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət