Dərc edildi: Baxış sayı: 783
Sadıq bəy Əfşar - Şekoft imas ki, nəsimi-səxavət ilə bu gün
Şekoft imas ki, nəsimi-səxavət ilə bu gün,
Bənəfşə qamətidin getsə əzayi-əna.
Əcəb degil ki, əgər qılsa zərrəpərvərlik,
Yetə üruc məqamında aftabə səha.
Nə söz əgər diləsə xatiri təvazö ilə,
Edər sipehr sərəfraz qamətini düta.
Şüayi-şöleyi-tiği, lütfi-iclali,
Müqəvvi tutar azərü nümayişi-ma.
Şicaətü kərəmü lütf xülqdür bizzat,
Kişi neçün edə şərhi-sifatini inşa.
Bu gülşən içrə olursa həzar dastan tək,
Nəvayi-mədhi ilə Sadiqi sürudsəra.
Yəqin ki, acizi-mədhi-ədanı mədhidir,
Onun ki, edə kəlamın duası birlə əda.
Həmişə ta ola dərdmənd sərsərdi,
Müdam ta edə fəsli-bahar ona dəva.
Gül səadətinə irməsün nəsimi-xəzan,
Bahari-mərtəbədən olmasun nihalı cüda.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət