Dərc edildi: Baxış sayı: 743
Sadıq bəy Əfşar - Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç
Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç,
Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Vüsal bəzmida əgər tüşsə ərzi-halə məcal,
Hicab dəf'i üçün əl tola-tola qədəh iç.
Gör, ey disan fələkün sübhü şamı yeksan,
Əgər səbah qədəh tutü gər məsa qədəh iç.
Əgər ki, meykədəğə tüşə, möhtəsib, güzərin,
Xilafi-məşrəb edüb qılma macəra, qədəh iç.
Demə xumari bəladür deyü qədəh içmən,
Ki, bar duayi-qədəh dafeyi-bəla, qədəh iç.
Qanadı ensə məqamın bəqa əcəl, ey dil,
Unutma dövri-qədəhnivü cabəca qədəh iç.
Zəman küdurətidin, Sadiqi, əgər bilsən,
Mükəddər olmaya könlün, mükərrəra qədəh iç.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət