Dərc edildi: Baxış sayı: 768
Sadıq bəy Əfşar - Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı
Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı,
Başa urmaqdan əlimdə ixtiyarım qalmadı.
Səndə yandırdı ahım etdigin ədəkləri,
Yandım onun üçün ki, bir dilsüvarım qalmadı.
Dərdmənd oldum qərari-çarə etdigin şükr üçün,
Çarə qıl kim, vaqi bu dərdə qərarım qalmadı.
Tə'n eyləməyibdir min günün bietibar
Kim, yanında itcə etibarım qalmadı.
Xoşdiləm sinəndəki qatı xədəngi-zəxminə,
Meyli-gülgəştü həvayi-laləzarım qalmadı.
Bar idi cəm'iyyətim, eşqinlə də kim ruzigar,
Seylə verdi olduğum ol ruzigarım qalmadı.
Bəs ki, yaxdı, Sadiqi, ahım odu həmdəmləri,
Şəm tək yanımda bir dilsuz yarım qalmadı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət