Slimfit
  1. DÜNYA

Sadəcə dinclik: “Calm” meditasiya xidmətinin qısa tarixçəsi

Sadəcə dinclik: “Calm” meditasiya xidmətinin qısa tarixçəsi
Sakura

Sadəcə dinclik: “Calm” meditasiya xidmətinin qısa tarixçəsi

Haqqında bəhs edəcəyimiz startap səhmdar axtarışında və tətbiq üçün konkret konsepsiya seçimində çətinliklərdən başlayaraq Moby ilə birgə albom buraxmağa və əqli sağlamlıq bazarını ələ keçirməyə qədər gedib çıxan “Calm” adlı meditasiya xidmətidir.

“Calm” nədir?

Calm – meditasiya və “relax”(dinclik) üçün olan mobil tətbiqdir. O, istifadəçilərə stress, gərginlik, yuxusuzluq və depressiya ilə mübarizədə kömək edir. Tətbiq, ingilis, alman, fransız və ispan dillərindədir.

Calm-da bildirirlər ki, onun ən məhşur funksiya The Daily Calm adlı 10 dəqiqəlik meditasiyadır. Tətbiqdə hər gün istifadəçilər üçün ancaq 24 saat ərzində işlək olan yeni bir təcrübə olur.

İstifadəçi meditasiya seansı barədə müntəzəm olaraq bildirişlər əldə edə bilər. Gündəlik qısa təlimatları, təxminən 30 ildir müxtəlif meditasiya təcrübələri öyrənən Tamara Levitt hazırlayır.

Calm-ın biznes-modeli abunəlik satışlarına əsaslanıb. Tətbiqi pulsuz yükləmək olur. İstifadəçiyə yeddi gün ərzində tətbiqin bütün funksiyalarına test yoxlaması ilə giriş təqdim edilir. Seçimlər arasında ancaq gündəlik meditasiya seansları deyil, həzin musiqilər, yuxuya getməyə kömək edən yarım saatlıq audiosöhbətlər, təbiət səsləri ilə sakitləşdirici fon mənzərələri və sağlamlıq üzrə ekspertlərdən təlim dərsləri də var.

Yeddi gün ərzində ancaq bəzi funksiyalar pulsuz olur, premium-kontentə daxil olmaq üçünsə abunə olmaq lazım gəlir. İllik abunə haqqı 69,99 dollar, ömürlük isə 399,99 dollardır.

“Calm” ideyası birdən-birə yaranmayıb

2011-ci ildə britaniyalı sahibkarlar Maykl Ekton Smit və Aleks Tyu Calm.com domenini 140 min dollara alırlar.

Tyu, 2005-ci ildə 1000 x 1000 pikselli bir səhifəlik Million Dollar Homepage saytını yaratmaqla və ondan 1 mln. dollar qazanmaqla məhşurlaşır. O, istifadəçilərə “internet tarixinin yarısının sahibakrı olmağı” təklif edir və pikselləri 1 ədədinə 1 dollar olmaqla satmağa başlayır.

Ekton Smit Mind Candy şirkətinin sahibi idi. 2007-ci ildə o, Britaniya bazarına Moshi Monsters veb-oyununu çıxarır. Oyunun 80 milyon qeydiyyatdan keçən istifadəçisi vardı. İstifadəçilər orada virtual monstrlar yaradıb böyüdürdülər.

2012-ci ildə Moshi Monsters məhşurluğun ən uca zirvəsinə çatır. Həmin il üçün Mind Candy-nin gəliri 61 mln. dollar təşkil edir. Oyunu 200 mln. dollar dəyərləndirirlər.

Sahibkarların konkret biznes-ideyaları olmayıb. Onlar insanlara dinclik verə biləcək  texnoloji məhsul yaratmaq istəyirdilər. Amma məhz hansı məzmunda olması barədə seçim edə bilmirdilər – sakitləşdirici videolarmı yoxsa həzin film musiqilərimi? İki sahibkardan ancaq Tyu o vaxtlar artıq çoxdandır  meditasiya təcrübəsinə malik idi.

Layihə 2012-ci ildə rəsmən buraxılır. Sahibkarlar Calm-da payları bərabər şəkildə bölüşdürürlər. 2013-cü ildə Tyu iş dalınca San-Fransiskoya gəlir, tərəfdaşı isə Böyük Briytaniyada qalır.

Ekton Smit bir sahibkar kimi uğursuz təcrübəyə malik idi və elə bu da ona  Calm üçün dəqiq konsepsiya yaratmaqda yardımçı olur. 2013-cü ildə  Moshi Monsters-in gəlirləri azalır. Öz uşaqlarına smartfon və planşetlər alan britaniyalıların sayı artmağa başlayır və buna görə də şirkətin işləri daha da pis gedir. 2012-ci ildə 10,6 mln. dollar  xalis gəliri olan Mind Candy 2013-cü ildə 2,9 mln. dollar zərər yaşayır.

Şirkət mobil tətbiqlər bazarına çıxa və ödənişli abunəliyə əsaslanan biznes-modeli qura bilmir. Moshi Monster minlərlə digər oyun tətbiqləri ilə rəqabətdə aciz qalır.

Ekton Smit bunu belə xatırlayır: “ Mənə elə gəldi ki, artıq dünyanın sonudur”. O, 2013-2016-cı illərdə 200 əməkdaşını qovmaq məcburiyyətində qalmışdı.

İş adamı şirkəti ayaqda saxlamağa cəhd göstərərkən böyük stress yaşayırdı. Ekton Smit-in sözlərinə görə, həmin vaxtlar o, yorğunluqdan və baş ağrılarından əziyyət çəkirdi və tez-tez gecə saat dörddə oyanırdı.

2014-cü ildə Ekton Avstriyaya uzunmüddətli məzuniyyətə yollanır. Moshi Monst-ın uğursuzluğa düçar olmasından sonra o, mənəvi olaraq “sınır” və tükənir. Ruhi vəziyyətində yenidən balans yaratmaq üçün meditasiya ilə məşğul olmağa başlayır. Bu yolla o, yükləndiyi stressdən qurtulmağa nail ola bilir. Ekton Smit təcrübəsini “rəqəmsallaşdırmaq” və meditasiya təlimatlı mobil tətbiq yaratmaq qərarına gəlir: “Mən başa düşdüm ki, bu, qədimi olsa da çox faydalı bir bacarıqdır və hər kəs üçün aktual ola bilər”.

Vəsait və istifadəçilər üçün faydalı funksiyalar axtarışı

2015-ci ildə startap 2 mln. dollar qazanır. Tərəfdaşlar Calm-ı inkişaf etdirmək üçün vençur vəsait axtarmağa çalışsalar da hər dəfəsində “yox” cavabı ilə qarşılaşırlar.

Ekton deyirdi ki, artıq dəfələrlə rədd cavabı aldıqdan sonra adama elə gəlir ki, yalnış yoldasan və səhmdarlar səndən dah ağıllıdırlar. Hətta səhmdarlardan biri onların ideyasını “heç vaxt uğur qazanmayacaq boş birşey” adlandırmışdı.

Fond nümayəndələri düşünürdülər ki, istifadəçilər Calm kontentinə görə onlara ödəniş etmək istəməyəcəklər. Riskli biznes-modeli olan bir startapa milyonlarla dollar tökmək nəyə lazım ola bilərdi axı? Üstəlik, pulsuz meditasiya təlimatlarından şəbəkədə də tapmaq olar.

2016-cı ilin yanvarında Ektonn Smit “Mind Candy” rəhbərliyindən birdəfəlik gedir və yeni biznes-layihə ilə məşğul olmaq üçün San-Fransiskoya gəlir.

Elə həmin ildə startapın inkişafında durğunluq başlayır. Tətbiqin abunəçilərinin aktivliyini təhlil edən Smitlə Tyu qəribə bir qanunauyğunluğun şahidi olurlar: hər gün saat 22:30-dan 23:00-a kimi trafik birdən artır. Ekton Smit aydınlıq gətirir: “ İnsanlar yuxuya getmək üçün əvvəllər ağ səs-küyü, Netflix-i və ya podkastları qoşurdularsa indi artıq bizim meditasiyadan istifadə edirdilər”.

“Calm”da başa düşürlər ki, insanların onlara yuxusuzluqla mübarizədə kömək etmək üçün fərdi məhsula ehtiyacları var. 2016-cı ilin dekabrında tətbiqə Sleep Stories adlı gecə audiosöhbətləri seçimi daxil edilir.  Elə həmin ildəcə startap istifadəçilərə gündəlik 10 dəqiqəlik The Daily Calm adlı meditasiyanı da təqdim edir.

Bu iki məhsul startapın sürətli inkişafına təkan verir. Calm-ın gəliri 2016-cı ilin 7 mln. dollarlıq göstəricisindən 2017-ci ilin sonuna artıq 22 mln. dollar göstəriciyə qədər artır. 2017-ci ildə Calm Apple-a görə “İlin mobil tətbiqi” olur.

“Yuxu hekayələri”nin uğuru və məhşurlarla əməkdaşlıq

“Böyüklər üçün nağıllar hazırlamaq istədiyimizi deyəndə insanlar bizə gülürdülər” – deyə, Smit xatırlayır. İndi isə Calm istifadəçilərinin demək olar ki yarısı ondan meditasiya üçün deyil yuxuya getmək üçün istifadə edirlər.

Calm-ın audioxanasında 100-dən çox yarım saatlıq hekayələr var – klassik ədəbiyyatdan olan çıxarışlardan tutmuş esselər, uşaq nağılları və elmi məqalələrə kimi. Yeni audionağıllar hər həftə kolleksiyanı tamamlayır.

Şirkət belə hekayələrə marağı ulduzlarla əməkdaşlıqla da əlaqələndirir. Yəni yuxu nağıllarını istifadəçilərə həm də Mettyu Makkonaxi, Leona Lyüis və Stiven Fray kimi tanınmışlar səsləndirirlər.

Yeni məhsulun istifadəyə verilməsi, Calm-ı sadəcə meditasiya üçün olan tətbiqdən də daha artıq bir startapa çevirir və bazardakı əsas rəqibi Headspace-dən fərqlənməsinə yardımçı olur.

Qeyd edək ki, hər iki startapın “ulduz” səhmdarları var: Headspace-i musiqiçi və aktyor Djared Leto, Calm-ı isə aktyor Eşton Kutçer və One Direction qrupunun keçmiş üzvü Qarri Staylz dəstəkləyirlər.

Calm və yeni inkişaf yolları

2019-cu ilin fevralında Calm ümumilikdə 1 mlrd. dollar dəyərləndirilmə ilə ikinci maliyyələşmə raundunda 88 mln. dollar cəlb edir. Şirkət, mental sağlamlıq sahəsində ilk “unicorn”-startap olur.

TechCrunch bildirir ki, vençur vəsait cəlb etməkdə startapa ABŞ-da ictimaiyyətin psixi sağlamlığa diqqətinin yüksək olması da kömək edir.

“Bir neçə il bundan qabaq heçkim əqli sağlamlıqdan danışmırdı, bu mövzu kölgədə idi. Siyasətçilər bundan bəhs edirlər, KİV isə bunu nəsə anormal birşey kimi qəbul edir. Əlli il bundan qabaq bədən tərbiyəsi, qaçış, aerobika ətrafında maraq dalğası baş qaldırmışdısa, indi də biz artıq daha yeni bir dalğanın başlanğıcındayıq” – deyə. Ekton Smit qeyd edir.

Şirkətin gəliri 2018-ci ildə ötən ildəki ilə müayisədə dörd dəfə artaraq 80 mln. dollara çatır. 2019-cu il üçünsə startap 150 mln. dollar qazanmağı planlaşdırmışdı.

Tətbiq 60 milyon dəfə yüklənib, ödənişli abunəçilərin sayı 2 milyon nəfərə çatıb. Hal-hazırda Calm-ın San-Fransiskon ofisində təxminən 100 adam çalışır.

2018-ci ildə Calm XpresSpa-nın səhmlər kapitalına 3 mln. dollar yatırım edir. XpresSpa, ABŞ-ın 25 hava limanı ərazisində yerləşən mağazalar və spa-salonlar şəbəkəsidir. Tətbiqin abunəçiləri burada 10 dəqiqəlik pulsuz rahatladıcı massaj-dan yararlana bilirlər.

2018-ci ilin payızında startap American Airlines-lə əməkdaşlığa başlayır. Təyyarə enərkən kresloların arxasında yerləşən ekranlarda Calm-ın təbiət mənzərəli sakitləşdirici videoçarxları nümayiş etdirilir. Şirkətdə belə hesab edirdilər ki, bu yolla ildə 200 milyondan çox sərnişin onlarla qarşılıqlı fəaliyyətə başlayacaq.

Yeni 2020-ci ilin yanvarından  Calm-ın videokontenti dünyanın 60 ölkəsindəki 530-dan çox Novotel otellərində keçərli olacaq.

2019-cu ildə startap yeni gəlir mənbələri axtarmaqla və əhatə dairəsini genişləndirməklə məşğul olub. Calm, əvvəllər Headspace-in dominant olduğu korporativ seqmenti artıq yavaş-yavaş ələ keçirməyə başlayır.

Artıq Calm-ın təxminən 300 korporativ müştərisi var. Şirkət onlara abunəlikdən əlavə meditasiya üçün səs izolyasiya edici ofis kabinələri kimi xüsusi məhsullar da təklif etmək istəyir.

Planları

Ekton Smit deyir ki, Mind Candy-nin iflasından sonra o bir şeyi başa düşür: məhsulun məhşurluğu uzun çəkməyə bilər: “Siz daim növbəti “hit”iniz barədə düşünməlisiniz”.

İndi Calm fikri cəmləməyə və ya əksinə dincəlməyə xidmət edən musiqi parçalarından ibarət və təbiət səsləri olan musiqili platformasını inkişaf etdirir. Bu il, amerikalı sənətçi  Moby və İslandiyanın Sigur Rósе qrupu ancaq Calm tətbiqi üçün uyğun olan albomlar buraxıblar.

2020-ci ildə şirkət “kantri”dən (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) tutmuş “heavy metal”a kimi müxtəlif musiqi janrı sənətçiləri ilə əməkdaşlıq etməyi düşünür. Şirkətdə istəyirlər ki, sənətçilər davamlı şəkildə, saatlarla çəkən dicəldici musiqi parçaları ərsəyə gətirsinlər. Məsələn, Moby-nin “Long Ambients 2” adlı albomunda hər biri 37 dəqiqə çəkən altı musiqi var.

Startap artıq mobil tətbiq sərhədlərini aşıb. Calm komandası Penguin Books Britaniya nəşriyyatında eyniadlı kitab dərc etdirib və yastıqlar üçün sakitləşdirici effektə malik sprey buraxıb.

Startapın qurucuları oflaynda genişlənməni davam etdirmək, həmçinin, Calm brendi adı altında  geyimlər buraxmaq, mağazalar açmaq və hətta istirahət üçün spa-otel inşa etdirmək niyyətindədirlər. Ekton Smit-in sözlərinə görə, şirkət bütöv bir adanı alıb oranı kurorta belə çevirərdi. O, vurğulayır: “Biz “Calm”ı psixi sağlamlıq üçün olan bir “Nike”a çevirmək uğrunda çalışırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR