Slimfit
  1. MARAQLI

Sadə həyat tərziylə seçilən isveçli milyarder

Sadə həyat tərziylə seçilən isveçli milyarder
Sakura

Sadə həyat tərziylə seçilən isveçli milyarder

IKEA.

Ev əşyaları dedikdə ilk ağla gələn markalardan biridir. IKEA dünyanın bir çox ölkəsində fəaliyyət göstərməkdədir. IKEA sahibi Kampradın həyatı da ən azı IKEA qədər diqqətləri çəkməkdədir. Çox sadə həyat tərziylə seçilən Ingvar Kampradın 49 ölkədə 412 mağazası olmasına baxmayaraq, o, hər zaman israfçılıqdan uzaq durmağa çalışıb. Kampradın varidatı 41 milyard dollar olaraq dəyərləndirildi.

Ingvar 1926-cı ildə kəndçi ailəsində anadan olub. İlk biznesinə 5 yaşı olarkən başlayıb. “İlk biznesi” isə qonşularına kibrit çöpü satmaq olub. Kamprad IKEA markasını atasının ona hədiyyə kimi verdiyi pulla açıb.

Yuxarıda da qeyd olunduğu kimi Kamprad öz müsahibələrinin birində öz xərcləri haqda məlumat verib. O, saçlarını ən ucuz ölkələrdə kəsdirdiyini, qarderobunda ikinci əl geyimlərə üstünlük verdiyini, təyyarədə uçarkən isə ekonom sinifə üstünlük verdiyini bildirmişdi. Bundan əlavə məşhur milyarderin maşını da 1993-cü ilə aid idi.

Bundan əlavə IKEA İsveç şirkəti olsa da Kamprad ölkəsindəki vergi sisteminin yüksək olmasına etiraz olaraq ilk əvvəl şirkətin mərkəzini Danimarkaya, daha sonra isə Hollandiyaya daşımışdı. 40 il boyunca ölkə xaricində yaşayan iş adamı uzun illərdən sonra ilk dəfə 2014-ci ildə öz ölkəsinə geri qayıtmış və bu zaman 640.000 evro pul ödəmişdi. Bu zaman onun xidmət gəliri 128.000 evro, sərmayə gəliri isə 1 milyon 760 min evro olub.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR