Slimfit
  1. AZƏRBAYCAN

Şad xəbər: yeni yol məsafəni 1 saat qısaltdı

Şad xəbər: yeni yol məsafəni 1 saat qısaltdı
Sakura

Şad xəbər: yeni yol məsafəni 1 saat qısaltdı

Ələt-Astara–İran İslam Respublikası yolunda aparılan işlər cənub rayonlarına gedən yolları qısaldıb.

Axar.az xəbər verir ki, tikintisi hələ davam edən sözügedən yolun müəyyən hissəsi artıq istifadəyə verildiyi üçün sürücülərin ixtiyarındadır. Hətta yolun yarımçıq hissəsi istifadədə olsa da, məsafə hiss ediləcək dərəcədə qısalıb. Köhnə yolun təzələnməsi və yolun qısaldılması üçün yeni körpülərin salınması istifadəçilərin işini asanlaşdırıb.

Artıq Lənkərana və ya Astaraya getmək üçün Salyan, Cəlilabad, Biləsuvar rayonlarından keçməyə ehtiyac qalmır. Paytaxdan çıxan əsas yol bitdikdən bir qədər sonra yol bir neçə istiqamətə ayrılır. Gedəcəyiniz rayon üçün ayrılan yola girərək daha asan və rahat yolla mənzil başına çatmaq mümkündür. Bu zaman vaxta da qənaət etmiş olursunuz.

Məsələn, əvvəl minik avtomobili ilə Lənkərana ən tez 4 saata çatmaq mümkün idisə, yeni yolla 3 saata çatmaq olur. Yol tam istifadəyə veriləcəyi təqdirdə Bakıdan Lənkərana minik avtomobili ilə cəmi 2,5 saata çatmaq mümkün olacaq.

Yeni yolun kənarında hazırda yanacaqdoldurma məntəqələri, kafelər, avtomobil təmiri emalatxanaları yoxdur.

Lakin layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38.4 km qısalaraq, 204.6 km olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR