Slimfit
  1. QADINLAR ÜÇÜN

Saçlarımızı tez-tez yumaq düzgündürmü

Saçlarımızı tez-tez yumaq düzgündürmü
Sakura

Mütəxəssislər şampun istifadəsinin düzgün tezliyini müəyyənləşdirdilər

Ens.az bildirir ki, dünyada məşhur ulduz stilistlər saç tipindən və quruluşundan asılı olaraq onların düzgün yuyulma tezliyini müəyyən ediblər. 

Bilirik ki, ümumi qaydaya görə, bir insanın saçları təbii quru və ya rənglidirsə, onun yuyulması, həftədə iki dəfədən çox olmamalıdır, yağlı saç sahibləri isə bunu hər zərurət yarandıqda etməlidirlər. Bundan əlavə, çox qurumanın qarşısını almaq üçün şampunu saçın uclarına tətbiq etmək tövsiyə edilmir: bu hissə məhlulu yuyarkən təbii şəkildə yuyulacaq.

Victoria's Secret brendinin rəngləyicisi Şah Keriqarın (Shah Karegar) sözlərinə görə, əsmər saçlılar üçün də yuma, saçlarının təbii parlaqlığını itirməmək üçün həftədə iki dəfədən çox olmamalıdır.

"Saçınızı çox tez-tez, hər gün və ya daha tez-tez yumaq saçlarınızı qurudacaq. Bu, yalnız onlardan sağlam təbii yağları çıxartdığına görə deyil, həm də onları tez-tez fenlə qurudacağınıza görədir", saçlara qulluq məhsulları markasının yaradıcısı və qurucusu Castin Anderson (Justin Anderson) deyir.

Nyu Yorkda çalışan saç ustası Skott Miller əlavə edib ki, həddindən artıq yuyulma yağ vəzilərini daha çox yağ çıxarmağa da stimullaşdırır. "Saçlarınızı iki gün ard-arda idman salonunda intensiv məşq etdiyiniz və ya tozlu tikinti sahəsində olduğunuz təqdirdə" deyib o. 

Mənbə: lenta.ru

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR