Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saçlarımız niyə tökülür? – Çox işləyənlər daha erkən keçəl olur

Saçlarımız niyə tökülür? – Çox işləyənlər daha erkən keçəl olur
Sakura

Saçlarımız niyə tökülür? – Çox işləyənlər daha erkən keçəl olur

Saçların tökülməsi ilə bağlı müxtəlif söyləntilər var. Bəziləri bunu irslə əlaqələndirsə də, bəziləri bunu stress və gündəlik həyatda yaşadığı gərginliklə əlaqələndirir.

Metbuat.az bildirir ki, ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

İş saatının çoxluğu saç tökülməsinə təsir edirmi?

Sakin: “Kimki müəyyən yerlərdə işləyir, streslə qarşılaşır onlarda o hal hiss olunur. Əlbəttə irsi keçmək məsələsi də var. Elə adam var ki, hər gün stress keçirsə də onun başının tükü tökülmür”.

Sakin: “Daraqdan da ola bilər, saçqurudan da ola bilər ki, saçlarım tökülür”.

Sakinlər müxtəlif səbəblər göstərirlər. Amma alimlər belə qənaətə gəliblər ki, keçəlliyə çox işləmək səbəb olur. Cənubi Koreyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, həftədə 52 saatdan çox işləyən kişilərin saçı iki dəfə daha tez tökülür. Təcrübə 20-59 yaşlı insanlar üzərində aparılıb.

Yeganə Məmmədova – Nevropataloq: “Fiziki yorğunluq elə özü 1-ci amildir ki, bədəndə bütün proseslər hamısı pozulur. Yuxudan tutmuş, əzələlərin işləmə qabiliyyəti, kalori itirmək, bütün bunların pozulmağı özü də saç tökülməyə pis təsir edir”.

Mahir Məmmədli – Dermatoloq: “Beyin hüceyrələri yükləndikdə bu zaman xroniki yorğunluq və birbaşa olmasada dolayı yolla dəri xəstəlikləri saç tökülməsinin və dərinin xroniki uzunsürən xəstəliklərinin əmələ gəlməsində böyük rolu vardır”.

Xüsusilə gecə növbəsində işləyənlərdə saç tökülmə hallarına daha çox rast gəlinir. Onların yuxu rejimi pozulduğundan stress artır. Kəllənin içindəki gərginlik onun üstünə də təsir edir.

Mahir Məmmədli – Dermatoloq: “Dərinin başın tüklü hissəsində tüklərin tökülməsinə ocaqlı allopesiya əksər hallarda streslə əlaqədardır”.

Yeganə Məmmədova – Nevropataloq: “Tək sinir sistemi pozğunluğundan deyil, başqa səbəblərdən də olur ki, saç tökülür. Şampunlar, sabunlar və əlavə məhsullar da istifadə olunan zaman bəzən saç tökülür, amma ən çox stressdən və endokrinoloji xəstəliklərdən saç töklüməsi baş verir”.

Mutəxəssisləri fikrincə, son illər xüsusən gənc yaşda keçəlləşmənin artmasi həm də ekoloji amillərlə bağlidir. Balansı pozulan təbiət bəzən insandan "qisası"nı bu yolla alır.

 

 
 
 

Ş
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR