Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saçlarımız niyə tökülür?

Saçlarımız niyə tökülür?
Sakura

Saçlarımız niyə tökülür?

Saçların tökülməsi ilə bağlı müxtəlif söyləntilər var. Bəziləri bunu irslə əlaqələndirsə də, bəziləri bunu stress və gündəlik həyatda yaşadığı gərginliklə əlaqələndirir.

Yenicag.az-ın məlumatına görə, alimlər belə qənaətə gəliblər ki, keçəlliyə çox işləmək səbəb olur. Cənubi Koreyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, həftədə 52 saatdan çox işləyən kişilərin saçı iki dəfə daha tez tökülür. Təcrübə 20-59 yaşlı insanlar üzərində aparılıb.

Mövzu ilə bağlı ARB-yə açıqlama verən nevropataloq Yeganə Məmmədova bildirib ki, fiziki yorğunluq elə özü 1-ci amildir ki, bədəndə bütün proseslər hamısı pozulur.

“Yuxudan tutmuş, əzələlərin işləmə qabiliyyəti, kalori itirmək, bütün bunların pozulmağı özü də saç tökülməyə pis təsir edir. Tək sinir sistemi pozğunluğundan deyil, başqa səbəblərdən də olur ki, saç tökülür. Şampunlar, sabunlar və əlavə məhsullar da istifadə olunan zaman bəzən saç tökülür, amma ən çox stressdən və endokrinoloji xəstəliklərdən saç töklüməsi baş verir”.

Dermatoloq Mahir Məmmədli də qeyd edib ki, beyin hüceyrələri yükləndikdə bu zaman xroniki yorğunluq və birbaşa olmasada dolayı yolla dəri xəstəlikləri saç tökülməsinin və dərinin xroniki uzunsürən xəstəliklərinin əmələ gəlməsində böyük rolu vardır. Dərinin başın tüklü hissəsində tüklərin tökülməsinə ocaqlı allopesiya əksər hallarda streslə əlaqədardır

Qeyed edilir ki, xüsusilə gecə növbəsində işləyənlərdə saç tökülmə hallarına daha çox rast gəlinir. Onların yuxu rejimi pozulduğundan stress artır. Kəllənin içindəki gərginlik onun üstünə də təsir edir.

Mütəxəssisləri fikrincə, son illər xüsusən gənc yaşda keçəlləşmənin artması həm də ekoloji amillərlə bağlidir. Balansı pozulan təbiət bəzən insandan “qisası”nı bu yolla alır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR