Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saçınız tez ağarırsa, deməli... - Əsas səbəblər

Saçınız tez ağarırsa, deməli... - Əsas səbəblər
Sakura

Saçınız tez ağarırsa, deməli... - Əsas səbəblər

Həkimlər hesab edirlər ki 25-30 yaşda saç ağarması normal hal deyil. Doğrudur, burada genetikanın, milli mənsubiyyətin də rolu var. Məsələn, neqroidlərin saçı avropoid və monqoloidlərə nisbətən 10 il gec ağarır.

Əgər saçlarınızın vaxtından kifayət qədər tez və sürətlə ağarmağa başlayırsa, bunun səbəbini araşdırmaqda fayda var. Publika.az xəbər verir ki, vaxtından tez saç ağarmasının saçların aşağıdakı səbəbləri ola bilər.

Stress

Adətən stressdə olanda qana adrenalin dolur. Bu hormon melaninlə saçın zülal tərkibini sıradan çıxarır. Saçların follikulları kifatər qədər qidalanmadığı üçün də ağarmağa başlayır. Lakin bu durumda çox vaxt gənc orqanizm özünü bərpa edir.

Bədənin həddən çox zəifləyəndə

Bu problem çox vaxt yenicə ana olub, körpəsini əmizdirən analarda olur. Uşaq ananın bədənindəki vitaminləri, mikroelemektləri alır. Beləcə dırnaq və saç zəifləməyə başlayır. Bu halda da saç ağara bilər.

Dəmirçatışmazlığı anemiya

Bu durum balanssız qidalanmaya səbəb ola bilər. Əsasən doğum zamanı çoxlu qan itirən qadınlarda müşahidə edilir və saç ağarmasını sürətləndirir. Dəhniz məhsulları, B12 vitamini, göbələk kimi qidalar bunun qarşısını ala bilər.

Hormonal pozğunluq

Erkən saç ağarmasının başlıca səbəbi hormonal pozğunluq da səbəb ola bilər, Bu durumda mütləq endokrinoloqa müracət etmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR