Slimfit
  1. AZƏRBAYCAN

Şabranda 8 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolu tikilir

Şabranda 8 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolu tikilir
Sakura

Şabranda 8 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolu tikilir

Şabran rayonunda 8 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun tikintisinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi uzunluğu 23 kilometr olan Şabran-Düzbilici-Qorğan-Çinarlar avtomobil yolunun yenidən qurulması 3 min 500 nəfərə yaxın əhalinin rayon mərkəzinə gediş-gəlişini yaxşılaşdıracaq.

Tikintisinə yanvar ayından başlanılan yolda torpaq işlərinin 40 faizi görülüb. Hazırda ağır texnika vasitəsilə yolun üst qatı hamarlanaraq çınqıl tökülür və yol yatağı genişləndirilir.

Yola asfalt-beton örtüyünün salınmasına aprel ayında başlanılacaq. İki qatdan ibarət olacaq yeni asfalt örtüyünün eni 6 metr, qalınlığı isə 15 santimetr təşkil edəcək.

Tikinti zamanı Dəvəçi çayı üzərində 4 körpü və qrunt sularının axıdılması üçün suötürücü qurğular yerləşdiriləcək.

Şabran-Düzbilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisinin 2019-cu ilin yay aylarında tamamlanması nəzərdə tutulur.

Bu yolun yenidən qurulması əhalinin gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR