Slimfit
  1. SİYASƏT

“Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz” - Prezident

“Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz” - Prezident
Sakura

“Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz” - Prezident

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür.

Metbuat.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 84-cü kitabında yer alan bu fikirlər Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin noyabrından 2018-ci ilin yanvarınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair İstanbulda keçirilmiş Zirvə toplantısında, Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışlarının mətnləri, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri, Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirakı haqqında informasiyalar daxil edilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə və sənədlərin imzalanmasına, Bolqarıstanın Baş Naziri ilə görüşünə dair materiallar yer alıb.

Çoxcildliyin 84-cü kitabında, həmçinin Prezident İlham Əliyevin Xorvatiya, Türkiyə, Pakistan, Hindistan, İran, Estoniya, Rusiya və digər dövlətlərin, Avropa İttifaqının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya Bakının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi barədə materiallar toplanıb.

Yeni nəşrə dövlətimizin başçısının Bakıda “Asiyanın qəlbi – İstanbul prosesi” çərçivəsində “Gücləndirilmiş “Asiyanın qəlbi” regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda yeddinci Nazirlər Konfransında nitqinin, 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışının, “2017 – İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda nitqinin mətnləri, Azərbaycanın gənc alimlərinin I qurultayının, Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına məktubları, XXIII Beynəlxalq “BakuTel-2017” Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi ilə tanışlığını əks etdirən informasiyalar daxil edilib.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 84-cü kitabında, həmçinin dövlətimizin başçısının Ağcabədi, Sabirabad, Quba rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 84-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR