Dərc edildi: Baxış sayı: 5990
Sabit Şəqaqi - Oldu
Bürci-nәhsә düşdü kövkәbi-bәxtim,
Fәlәk zülmü mәnә nümayan oldu.
Zövrәqi-taleyim bәhri-әlәmdә
Tәlatümi-qәmdәn binişan oldu.
Soldu gül, pozuldu gülşәni-alәm,
Şeyda bülbül nәrә çәkәr dәmadәm,
Fanusi-ifayә çünki düşdü şәm
Pәrvanә gör necә sәrgәrdan oldu.
Pәri, ... fәlәk dad әlindәn, dad,
Bir dәm eşq әhlini eylәmәdin şad,
Bir Şirindәn ötrü misali-Fәrhad
Mehdi Bisitunda kuhkәn oldu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət