Slimfit
  1. AZƏRBAYCAN

Sabirabadda sahələrdən gün ərzində 200 tondan çox pambıq toplanılır

Sabirabadda sahələrdən gün ərzində 200 tondan çox pambıq toplanılır
Sakura

Sabirabadda sahələrdən gün ərzində 200 tondan çox pambıq toplanılır

Sabirabadlı fermerlər hər gün pambıq plantasiyalarından 200 tondan çox məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Məhsulun 100-105 tonu maşınların köməyi ilə toplanılır. Pambıqçıların gərgin əməyi nəticəsində indiyədək sahələrdən 14 min 281 ton pambıq yığılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sabirabadlı pambıqçılar bu il 13 min 55 hektar sahədə pambıq yetişdiriblər. Ötən il 18 min tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul becəriblər. Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq istehsalı ilə məşğul olur və yetişdirdikləri məhsulun son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər.

Yığım kampaniyası rayonun Moranlı, Şəhriyar, Qaratəpə və Yolçubəyli inzibati ərazi dairələri üzrə nümayəndəliklərində daha nümunəvi təşkil olunub. Nümayəndəliklərdə fəaliyyət göstərən məhsul istehsalçıları becərdikləri sahələrin hər hektarından 25-35 sentner məhsul götürürlər.

Qeyd edək ki, sabirabadlı pambıqçılar ötən il sahələrdən 18 min 169 ton pambıq toplayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR