Dərc edildi: Baxış sayı: 456
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə qaz verilib
Bu gün Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 161 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 574 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı həmçinin paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət