Dərc edildi: Baxış sayı: 489
Sabirabadda açılacaq DOST Mərkəzinin layihələndiricisi seçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Sabirabad rayonunda açılacaq DOST Mərkəzinin layihələndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Am M Line" MMC-dir.
Qalib şirkətə 177 min manat ödəniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət