Slimfit
  1. AZƏRBAYCAN

Sabirabadda 360 şagird yerlik yeni kənd məktəbinin binasında tikinti işləri başa çatıb

Sabirabadda 360 şagird yerlik yeni kənd məktəbinin binasında tikinti işləri başa çatıb
Sakura

Sabirabadda 360 şagird yerlik yeni kənd məktəbinin binasında tikinti işləri başa çatıb

Sabirabadın Yaxadəllək kəndində tam orta məktəb üçün tikilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sinif otaqları, idman və akt zalları, kimya, fizika və biologiya laboratoriyaları, kompüter otaqları, kitabxana, yeməkxana və digər yardımçı sahələri olan məktəb binasında hazırda kosmetik işlər görülür.

Təhsil ocağının ərazisi abadlaşdırılıb, yaşıllıqlar salınıb. Həyətdə müxtəlif idman qurğularının quraşdırılması nəzərdə tutulub. Məktəb yeni avadanlıq, inventar və əyani vasitələrlə təchiz olunur.

Yeni təhsil ocağının 15 sentyabr - Bilik günündə istifadəyə verilməsi nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR