Dərc edildi: Baxış sayı: 612
Sabir Rüstəmxanlının namizədliyi qeydə alındı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınıb.
Modern.az xəbər verir ki, S.Rüstəmxanlı bu barədə özünün feysbuk hesabında yazıb:
"61 saylı Neftçala seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyim təsdiq olundu və bu gün Qeydiyyat vəsiqəsini aldım. Mənə yardımçı olan və namizədliyim üçün imzalarını əsirgəməyən bütün neftçalalıra dərin təşəkkürümü bildirirəm. İnanıram ki, onlar seçki günü də eyni fəallıgı nümayiş etdirəcəklər".
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
X.İSMAYIL
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət