Slimfit
  1. CƏMİYYƏT

Sabiq vəzifəli şəxsə bəraət verildi

Sabiq vəzifəli şəxsə bəraət verildi
Sakura

Sabiq vəzifəli şəxsə bəraət verildi

Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Əhməd Hüseynova qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib və ona bəraət verilib.

Prokuror ona 5 il həbs cəzası tələb etmişdi.

Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Hüseynov həbsdə deyildi, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR