Sabiq prezident rüşvətə görə məhkəmə qarşısına çıxacaq
RİA “Novosti”nin məlumatına əsasən, Milli məhkəmənin hakimləri bildiriblər ki, təqdim olunan 837 dəlil mürəkkəb cinayətkar sxeminin mövcudluğunu sübut edir.
Prokurorluğun versiyasına görə, dövlət müqaviləsinin qarşılığında özəl sahibkarlardan alınan rüşvətləri idarə etmək üçün Prezident, vitse-prezident və nazirlər səviyyəsində mürəkkəb korrupsiya strukturu işlənib hazırlanmışdı.
Daha öncə verilən məlumata əsasən, 2012-2016-cı illərdə korrupsiya işi çərçivəsində dövlətə dəymiş zərərin məbləği 7 milyon dollardan artıq olub.
Hazırda eks-prezident Ekvadorda yaşamır. Ötən il noyabrın əvvəlində KİV-də bildirilmişdi ki, Korrea ailəsi ilə yaşadığı Belçika hakimiyyətindən sığınacaq istəyib, lakin sabiq prezidentin özü bu məlumatı təkzib edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət