Dərc edildi: Baxış sayı: 529
Sabiq erməni baş nazir: “Paşinyan getdikcə SSRİ-nin kommunist rəhbərlərinə bənzəyir”
“Bilirsiniz, hörmətli hökumətimiz mütəmadi olaraq reallığa qeyd-şərtsiz uyğun olmayan məlumat nəşr edir. Adamın bir həddi olmalıdır. Məgər mən Baş nazir və ya nazirlərin çıxış barəsində hər gün qeydlər edə bilmərəm?”.
Ordu.az xəbər verir ki, bunu 1993-1996-cı illərdə Ermənistanın Baş naziri olmuş Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Paşinyan getdikcə SSRİ-nin kommunist rəhbərlərinə bənzəyir.
“O zaman polad və taxıl istehsalı hər il artırdırdı, insanlar isə tox qarınla çörək yemirdilər. Bizim siyasi qüvvəmiz Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına qarşı mübarizə aparıb, ona (Paşinyan nəzərdə tutulur-red.) dəstək verib. İndi biz də hesab edirik ki, Serj Sarkisyan 0 səviyyəli idarəedici olub. Lakin biz Paşinyanın idarəetməsində də hər hansı səmərəlilik görmürük. Və bizə “əgər Paşinyanı tənqid edirsinizsə, deməli Serj Sarkisyanın geri qayıtmağını istəyirsiniz?” demək lazım deyil”, - deyə Baqratyan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət