Slimfit
  1. GÜNDƏM

Sabiq deputatın oğlu eyni vaxtda iki dairədən namizəd olub

Sabiq deputatın oğlu eyni vaxtda iki dairədən namizəd olub
Sakura
:0

Sabiq deputatın oğlu eyni vaxtda iki dairədən namizəd olub

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı imzatoplama kampaniyası başa çatıb. Hazırda DSK-lar imza vərəqələrini təqdim etmiş şəxslərin namizəd olub, olmayacağını müəyyənləşdirmə mərhələsindədir. MSK-nın rəsmi məlumatına görə, indiyə qədər 1047 nəfərin namizədliyi qeydə alınıb və proses davam edir.  

Ens.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bu seçki dönəmində bir sıra maraqlı hadisələr də qeydə alınmaqdadır. Məsələn, Xanhüseyn Kazımlının məlum məktub məsələsi və ya Azər Həsrətin “lazım bilinərsə, geri çəkilərəm” kimi yanaşması hələlik başlanğıcdır. Zaman içində buna bənzər bir çox mətləblərin də ortaya çıxacağı şübhəsizdir.

Bildirək ki, bu seçkilərdə daha bir ilk qeydə alınıb. Belə ki, bir şəxs iki dairədən deputatlığa namizəd olaraq qeydə alınıb. JAMAZ.İNFO xəbər verir ki, 67 saylı Cəlilabad kənd seçki dairəsindən namizədliyini riəli sürmüş keçmiş deputat Mirkazım Kazımovun oğlu Səid Kazımovun namizədliyi qeydə alınıb. Və bir müddət sonra məlum olub ki, sabiq deputation oğlu, həm də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən də deputatlığa namizədmiş, hətta qeydə də alınıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı istənilən dairədən namizəd ola bilər. Lakin həmin şəxsin eyni vaxtda iki dairədən namizəd olmasına qanun icazə vermir. Maraqlıdır, Səid Kazımovun necə olub ki, eyni vaxtda iki dairədən namizədliyi qeydə alınıb? Görəsən, MSK hara baxır?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR