Slimfit
  1. İDMAN

'Sabah'ın yeni transferi: 'Qarabağ'dan yox, 'Səbail'dən təklif almışdım'

'Sabah'ın yeni transferi: 'Qarabağ'dan yox, 'Səbail'dən təklif almışdım'
Sakura

'Sabah'ın yeni transferi: 'Qarabağ'dan yox, 'Səbail'dən təklif almışdım'

“Bura gəldiyim üçün çox xoşbəxtəm. “Sabah”ın bir hissəsi olmaq qürurvericidir. Bugünkü oyunum da pis alınmadı, 2 qol vurdum və 1 məhsuldar ötürmə verdim”.

Bunu "Report"a açıqlamasında “Sabah”ın yeni transferi Hendrik Eksteyn “Zirə”ni 5:3 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra deyib. Cənubi Afrika Respublikasından olan 28 yaşlı yarımmüdafiəçi onunla daha öncə “Qarabağ” və “Səbail”in də maraqlanmasına aydınlıq gətirib: “Açığı, “Qarabağ”ın mənimlə maraqlanması ilə bağlı söhbəti birinci dəfədir eşidirəm. Real bir şey deyil. Ancaq “Səbail” ilə danışıqlar oldu. Bu klub tərəfindən maraq var idi. Lakin onların təklifini müsbət dəyərləndirə bilmədim. Ardınca “Sabah”dan dəvət gəldi. Bundan sonra vaxtilə Azərbaycanda “Qarabağ”da çıxış etmiş əmyerlim Dino Ndlovu ilə məsləhətləşdim. O, ölkəni təriflədi və dedi ki, sənin üçün yeni çağırış olacaq. Ona görə də təklifi qəbul edib, gəldim”.

Eksteyn “sizi “Sabah”ın ən yaxşı bombardiri kimi görə biləcəyik” sualına belə cavab verib: “Hələlik bombardirlik barədə danışmaq tezdir. Çempionat başlayandan sonra real bir şey görə, danışa bilərik”.

Qeyd edək ki, Hendrik Eksteyn “Sabah”la 2 illik müqavilə bağlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR