Dərc edildi: Baxış sayı: 561
Sabahdan məktəblərdə payız tətili başlayır
Sabahdan, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır.
"Report" xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.
Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət