Dərc edildi: Baxış sayı: 954
Sabahdan bu qəsəbəyə iritutumlu avtobuslar işləyəcək
Sabahdan etibarən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik “BMC Procity” markalı avtobuslarla yerinə yetiriləcək.
Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Hazırda 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət