Slimfit
  1. TƏBİƏT

Sabah yağış yağacaq, külək arabir güclənəcək

Sabah yağış yağacaq, külək arabir güclənəcək
Sakura

Sabah yağış yağacaq, külək arabir güclənəcək

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yağışın gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Axşama doğru hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  8-10° isti, Bakıda gecə 5-7°, gündüz  8-10°  isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.  Nisbi rütubət 85-95 % olacaq.   

Dekabrın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR