Dərc edildi: Baxış sayı: 587
Sabah təhlükəli təbiət hadisəsi baş verəcək
Geomaqnit pozğuntularının əsas səbəbi kimi Günəşdə olan iki koronal dəliklər göstərilir
Fevralın sonuncu günü maqnit qasırğası gözlənilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ekspertlərin fikrincə, fevralın 28-də maqnit qasırğası 25 faiz olacaq.
Geomaqnit pozuntularının əsas səbəbi kimi Günəşdə yaranmış iki koronal dəlik göstərilir.
Günəşdə maqnit qasırğası fevralın 20-dən müşahidə edilir. Bir müddət öncə - yanvarın 5-25-ə olan müddətdə də qasırğa müşahidə edilmişdi. İlk və sonrakı qasırğa arasında olan müddət 27 günə - Günəşin oxu ətrafında dönməsi müddətinə bərabərdir.
Qeyd edək ki, alimlər martın 1-də, 19-20 martda də maqnit qasırğalarının olacağını bildirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət