Slimfit
  1. CƏMİYYƏT

SABAH qruplarına imtahan verəcək tələbələrin sayı AÇIQLANDI

SABAH qruplarına imtahan verəcək tələbələrin sayı AÇIQLANDI
Sakura

SABAH qruplarına imtahan verəcək tələbələrin sayı AÇIQLANDI

İyunun 30-da SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

Ens.Az-ın məlumatına əsasən,Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda 2025 tələbənin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahanın idarəolunmasına 9 ümumi və 24 imtahan rəhbərləri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR