Slimfit
  1. CƏMİYYƏT

Sabah “Qara Cümə”dir - Azərbayanda "şok" endirimlər olacaqmı?

Sabah “Qara Cümə”dir - Azərbayanda "şok" endirimlər olacaqmı?
Sakura

Sabah “Qara Cümə”dir - Azərbayanda "şok" endirimlər olacaqmı?

Hər il noyabr ayının son cümə günü dünyada "Black Friday" adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara Cümə” günü keçirilir. Bu gün bir sıra dükanlarda endirimlər olur. Artıq “Qara Cümə” epidemiyası Türkiyədə də yayılıb və ölkədə buna hazırlıq gedir. Bəs bu “Qara Cümə” nə deməkdir?

Bizimyol.info sabah dünyadakı şopoqolikləri həyəcanlandıracaq bu ənənə barədə maraqlı məlumat təqdim edir.

Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlər edir, alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar.

Bunun banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına “Hər şey 5 sent” yazısını qoyur. O gündən də “Qara cümə” ənənəsinin əsası qoyulub. Bəs niyə qara?

Şükran gününün ertəsi dükanlara axın zamanı əzilənlər olub. Bu səbəbdən bu gün Qara cümə adlandırılıb.

İkinci versiya müahsibatlıqla əlaqəlidir. Bu gün mühasibat hesabatları təqdim edilib. Şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub.

Bu ənənə Azərbaycana da gəlib. Amma bir az başqa formatda. Alıcılar 50-70 faizlik endirimlərin həqiqəti əks etdirmədiyinə öyrəşiblər. Paytaxtın bəzi mağazaları həmin gün üçün endirimlər edir, ancaq bu, kütləvi xarakter daşımır. Endirimlər adətən simvolik xarakter daşıyır- cəmi 10 faiz. Mağaza sahibləri böyük endirimlərə imkan verə bilmir, bunu əksər malların yeni olması, köhnə malların yoxluğu ilə əlaqələndirirlər.

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya bildirib ki, Azərbaycanda “Qara Cümə” aksiyasının keçirilməsi imkanı hələ ki, yoxdur. Çünki, bunun üçün böyük xarici ticarət şəbəkələri ölkədə normal fəaliyyətə başlamalıdırlar.

 

Natiq Cəfərli 

“Qara Cümənin ölkə iqtisadiyyatında böyük hərəkətverici rolu var. Yəni keçən il ABŞ –da “Qara Cümə” günü 165 milyard dollarlıq alış-veriş olmuşdu.Bu kampaniyaya adətən bütün biznes və pərakəndə satış mərkəzləri qoşulur Böyük dükanlar zəncirir daha yaxşı hazırlaşır və təkliflər irəli sürürlər. Əsasən elektron ticarət mallarının satışına üstünlük verilir.Ciddi endirimlər edilir. Ona görə il ərzində məhz bu günü gözləyən müştərilər olur. Bu kampaniyalarda mağaza əlbəttə udur. Çünki onlar həm anbarda yığılan mallarını satırlar, həm də külli dövriyyədən yaxşı qazanc əldə edirlər.Deyək ki, bu basabasda alınan mala ziyan dəydi? Onda necə. Qəbz saxlanılıbsa 10 gün ərzində geri qaytarılmaq və dəyişdirilmək imkanı var.

“İstehlakçı hüquqalarının qorunmasına çox üstünlük verilir. Ödəniləcək ziyan varsa əlində çekinlə o malı dünyanın istənilən ölkəsindəki brend mağazasında dəyişdirə və ya geri qaytara bilərsən. Məsələn sən istanbulda X brendinə məxsus mağazadan aldığın malı həmin brendin Kiyevdəki mağazasına qaytara bilirsən.Bizdə bu mümkün deyil. Amerikada mağaza sahibləri dəymiş ziyanın 2, hətta 3 qatını ödəməyə razıdırlar. Nəinki bundan ötrü məhkəmələrə getməyə.Bəs niyə görə bu aksiya ilin sonunda keçirilir? Çünki yeni ildən yeni mallar gəlir, yen mövsüm yeni trendlər dəbə düşür ona görə anbarlara yığılmış mallardan xilas olurlar. “Qara Cümə”yə hazırlaşan mağaza sahibləri özləri də bu malları anbarlara endirimli qiymətlərlə gətirdiklərinə görə,satış onlara sərf edir. Belə mağazalar həmin gün məhz dövriyyədən qazanırlar. Yəni dövriyyə o qədər böyük olurki, satışdan gəlir 1 fazi olsa belə bu onlar üçün kifayət qədər yaxşı nəticə sayılır.

Bizdə ən məşhur şirkətlərin yerli nümayəndəliklər frayçayzinq müqaviləsi ilə işləyirlər. Sadə dillə desək, brendi adı satırlar, malları sərhəddə təhvil verib gedirlər. Sadəcə keyfiyyətə nəzarət edən nümayəndələr var. Şəbəkəyə aidiyyatları yoxdur. Bizdə vergi orqanları ilə problem yaşamamaq üçün bir başa bazara girmirlər.Vəssalam. Ona görə də bizdə böyük şirkətlərə normal şərait yaradılmalıdır ki, belə kampaniyalarda iştirak edə bilək. Bizdə endrim fırıldaqdan başqa bir şey deyil. Ona görə sabah bizim mağazalarda SOK endirim gözləməyə dəyməz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR