Slimfit
  1. İDMAN

'Sabah' 'Neftçi'dən ayrılan daha bir futbolçunu heyətinə qatıb

'Sabah' 'Neftçi'dən ayrılan daha bir futbolçunu heyətinə qatıb
Sakura

'Sabah' 'Neftçi'dən ayrılan daha bir futbolçunu heyətinə qatıb

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə qatıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü "Neftçi"də çıxış edən Məhəmməd Mirzəbəyovla anlaşıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Oyunçu karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin də formasını geyinib. Mirzəbəyov Azərbaycan millisində 18 matça çıxıb.

Xatırladaq ki, Məhəmməd Mirzəbəyov “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanılıb. Abışov da son olaraq "Neftçi"də çıxış edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR