Dərc edildi: Baxış sayı: 516
'Sabah' klubunun nümayəndələri türkiyəli məşqçiyə görə İstanbula gedib
Türkiyəli məşqçi Ümit Ozat "Sabah" klubunun baş məşqçisi ola bilər.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin nümayəndələri 43 yaşlı mütəxəssislə danışıqlar aparmaq üçün İstanbula gedib.
Qeyd edək ki, Ümit Özat son olaraq "Adana Demirspor"a rəhbərlik edib. O, ölkəsinin bir sıra klublarında işləyib. Türkiyə millisinin sabiq üzvü futbolçu karyerasında "Fənərbağça"dakı çıxışı ilə tanınıb. Hazırda "Sabah"da müvəqqəti baş məşqçi vəzifəsini İqor Ponomaryov yerinə yetirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət