"Sabah" klubu Premyer Liqa üçün 20 futbolçu sifariş edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” klubu sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib.
“Report” xəbər verir ki, baş məşqçi Elşad Əhmədov siyahıya 20 oyunçu daxil edib. Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 1-i isə hücumçudur. Heyətdə 5 legioner yer alıb.
Qapıçılar: 96. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 30. Saşa Stamenkoviç (Serbiya)
Müdafiəçilər: 13. Filip İvanoviç (Serbiya), 25. Vanderson Naskimento (Braziliya), 2. Ülvi İbazadə, 21. Məmmədov Novruz, 5. Kərim Diniyev, 3. Elvin Bədəlov, 33. Eltun Turabov, 19. Məqsəd İsayev,
Yarımmüdafiəçilər: 15. Erik Ramos (Paraqvay), 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 10. Cavid İmamverdiyev, 7. Vitali Kvaşuk (Ukrayna),
Hücumçu: 14. Tural Qurbətov
Qeyd edək ki, “Sabah” avqustun 12-də Premyer Liqanın ilk turunda “Keşlə”nin qonağı olacaq. Matç saat 21:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət