Slimfit
  1. CƏMİYYƏT

Sabah işıqforlarda yaşıl dalğa tətbiq ediləcək

Sabah işıqforlarda yaşıl dalğa tətbiq ediləcək
Sakura

Sabah işıqforlarda yaşıl dalğa tətbiq ediləcək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri ilə əlaqədar, müntəzəm marşrut xətləri üzrə avtobuslar qeyd olunan tarixdə gecə saat 01:00-dək fəaliyyət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələri tövsiyə edilir. 

Bundan əlavə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədilə işıqforlarda yaşıl dalğa tətbiq ediləcək.

Həmçinin, əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək.

Ümumilikdə isə bayram tətili günlərdə nəqliyyatın işinə nəzarəti təşkil etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirəcək.

Sürücülərdən xahiş edilir ki, avtomobillərini dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayaraq digər hərəkət iştirakçılarına mane olmasınlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR