Slimfit
  1. CƏMİYYƏT

Sabah Bakıdakı işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək

Sabah Bakıdakı işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək
Sakura

Sabah Bakıdakı işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək

"Yeni tədris ilinin ilk günü (sabah) küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik".

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bəyan edib. 

"Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək", - deyə o, qeyd edib. 

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR