Slimfit
  1. İDMAN

Sabah Bakıda idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına start veriləcək

Sabah Bakıda idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına start veriləcək
Sakura

Sabah Bakıda idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına start veriləcək

Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 42 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Turnirə çox sayda Olimpiya mükafatçısı, dünya və Avropa çempionatının medalçısı qatılacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edəcəklər.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR