Slimfit
  1. SİYASƏT

Sabah Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Sabah Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Sakura

Sabah Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Sabah-oktyabrın 20-də paytaxtda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,toplantıda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçiləri də iştirak edəcəklər.

Beynəlxalq konfransın proqramına iştirakçılar tərəfindən təmsil etdikləri ərazilərdəki vəziyyətə dair bəyanatların səsləndirilməsi, Fransanın keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilələr etməsi, habelə hazırkı kaloniyalarında insan hüquqlarını kobud şəkildə pozması, həmçinin dekolonizasiya mövzusu ilə bağlı iştirakçılar arasında geniş müzakirələrin aparılması daxil edilib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu ilin iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ bu ilin sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirib. Tədbirin əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olub.

Xatırladaq ki, BTQ-nin tədbirlərində Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Korsika və Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi, eləcə də Fransanın Afrika qitəsində uzun müddət müstəmləkəsi olmuş ölkələrin rəsmiləri iştirak edirlər. Müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR