Slimfit
  1. AZƏRBAYCAN

Sabah Bakıda Dayanıqlı İnkişafa dair Bakı Forumu işə başlayır

Sabah Bakıda Dayanıqlı İnkişafa dair Bakı Forumu işə başlayır
Sakura

Sabah Bakıda Dayanıqlı İnkişafa dair Bakı Forumu işə başlayır

Oktyabrın 25-26-da Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Forum keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti və özəl sektorun təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Forumda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair təqdimatlar keçiriləcək, təşkil olunacaq 5 sessiyada davamlı, inkluziv və dayanıqlı iqtisadi artıma, səmərəli məşğulluğa və layiqli əmək şəraitinə, DİM-in həyata keçirilməsində maraqlı tərəflərin roluna, 2030-cu ilədək DİM-in icrasına, bu sahədə BMT-nin missiyasına və əməkdaşlığın gücləndirilməsinə, 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda müzakirə ediləcək məsələlərə dair müzakirələr aparılacaqdır.g

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR